Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 17:18
"Fənərbaxça" bir gündə 2-ci transferini həyata keçirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"la müqaviləsi başa çatan Gökhan Gönülü transfer edib. 35 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, G.Gönül 2007-2016-cı illərdə də "Fənərbaxça"da oynayıb. Daha sonra türk yarımmüdafiəçi "Beşiktaş"a transfer olunmuşdu.
Xatırladaq ki, "Fənərbaxça" bu gün "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşı da transfer edib.