Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb

Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb

Tarix: 6 Avqust 2020 17:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

Nazirlik havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.


Etiketlər:  Cəlilabadda bələdiyyə meşəlik ərazilərdə baş verən yanğın söndürülüb


RƏYLƏR