Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 13:48
Bakı. Trend:
"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib.
Trend-in məlumatına görə, buna səbəb "Facebook"un səhmlərinin ötən gün 6 faizdən çox artması olub.
Şirkətin səhmləri sosial şəbəkənin "TikTok"a rəqib olacaq xidməti işə salması barədə xəbərlərin çıxmasında sonra bahalaşıb.
Qeyd edək ki, M.Zukerberqdən başqa "Amazon"un təsisçisi Ceff Bezos və "Microsoft"un təsisçisi Bill Geytsin sərvəti 100 milyard dollardan çoxdur.
2020-ci il ərzində M.Zukerberq 22 milyard dollar, C.Bezos 75 milyard dollar zənginləşib.