Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 18:16
İngiltərə Premyer Liqası klubları ümumi toplantıda 2020/21 mövsümündə VAR sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, üç əvəzetmədən istifadə qaydasına qayıtmaq barədə qərar qəbul olunub.
Sifariş olunan ehtiyat oyunçuların sayı isə maksimum 7 nəfər ola bilər. Yəni komandalar hər görüşə 18 futbolçu sifariş edəcək.
Əksər iştirakçılar hesab edir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra tətbiq olunan 5 əvəzetmə qaydası böyük klubların işinə yarayır. İclasda həmçinin VAR-dan FİFA qaydalarına tam uyğun şəkildə istifadəsi qərara alınıb.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasını tətbiq olunma müddətini növbəti mövsümün sonuna qədər uzatsa da, hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.