Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 19:36
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" heyətinə yeni futbolçu cəlb edir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "kimyaçılar" qazaxıstanlı Kərəm Sultanovla anlaşıb. Qazaxıstan mətbuatı yaxın günlərdə 24 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanacağını yazıb.
Qeyde edək ki, Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu "Kaspi" (Aktau) olan futbolçu yerli "Kızıl-Jar"da da oynayıb.
Xatırladaq ki, "Sumqayıt" yay fasiləsində Tellur Mütəllimov və Elvin Məmmədovu da heyətinə cəlb edib.