Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 11:02
"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının ən yaxşı bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, son olaraq dünən ÇL-in 1/8 finalında "Çelsi"yə qarşı matçda dubla imza atan polşalı hücumçu bu turnirdə vurduğu qolların sayını 66-ya yüksəldib. Bununla da, o, Kərim Benzemanı ("Real", 65 qol) geridə qoyaraq 4-ü pillədə yer alıb.
Siyahıda Kriştiano Ronaldo ("Yuventus, 130 qol) başçılıq edir. Lionel Messi ("Barselona", 115) 2-ci, Raul Qonzales ("Real"ın sabiq oyunçusu, 71) 3-cüdür.
Qeyd edək ki, Levandovski eyni zamanda bu mövsüm vurduğu qolların sayını 13-ə yüksəldib. O, daha 4 qol vursa bir mövsümə ən çox qol vuran Kriştiano Ronaldoya (17 qol) çatacaq.