Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 15:26
Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Bu mərhələdə mübarizə aparacaq 34 iştirakçı 17 cütlük təşkil edib. Bu komandalardan 33-ü bəllidirsə, ilkin mərhələnin qalibi "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya) matçında dəqiqləşəcək.
Bir oyundan ibarət mərhələnin qarşılaşmaları avqustun 18-19-da keçiriləcək. Püşk bu görüşlərin meydan sahibini də müəyyənləşdirib.
Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. Oyun Bakıda baş tutacaq.
Qeyd edək ki, sabah II təsnifat mərhələsinin püşkü atılacaq.
Çempionlar Liqası
2020/21 mövsümü
I təsnifat mərhələsi
"Ferensvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)
"Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya)
"Legiya" (Polşa) - "Drita" (Kosovo)/ "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Şerif" (Moldova) - "Fola" (Lüksemburq)
"Konnah" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)
"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq)
"Buduçnost" (Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)
"Ararat" (Ermənistan) - "Omoniya" (Kipr)
"Floriana" (Malta) - ÇFR (Rumıniya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya)
"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)
"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan)
"Molde" (Norveç) - "KuPS" (Finlandiya)
"Flora" (Estoniya) - "Suduva" (Litva)
"Çelye" (Sloveniya) - "Dandolk" (İrlandiya)
"Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya)