Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2173 nəfər buraxılış və qəbul imtahanlarında iştirak etməyib

2173 nəfər buraxılış və qəbul imtahanlarında iştirak etməyib

Tarix: 11 Avqust 2020 08:10

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, eyni zamanda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə http://eservices.dim.gov.az/2020/netbak1/?frm=egov linkindən tanış olmaq mümkündür.

İmtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2173 nəfər imtahana gəlməyib. 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Milli.Az


Etiketlər:  2173 nəfər buraxılış qəbul imtahanlarında iştirak etməyib


RƏYLƏR