Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü keçdi

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü keçdi

Tarix: 11 Avqust 2020 11:12

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 40 593 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 160 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 803 nəfər koronavirusdan ölüb, 6 633 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı 800 ü keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ