Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb

Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb

Tarix: 12 Avqust 2020 03:12

Bakı. Trend:

Livanın paytaxtı Beyrutun mərkəzində etiraz aksiyasının iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyətindən bildirilib ki, toqquşmalarda 42 nəfər xəsarət alıb, onlardan 10 nəfəri yaralanıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Livanda hökumətə qarşı etiraz aksiyaları keçirilir.


Etiketlər:  Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ