Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz''

''Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz''

Tarix: 12 Avqust 2020 18:35

Bu gün tanınmış aktrisa Mehriban Xanlarovanın doğum günüdür.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, aktrisa bununla bağlı ''İnstagram'' hesabında paylaşım edərək doğum gününü qeyd etməyəcəyini bildirib.

''Bildiyiniz kimi, 12 avqust mənim doğum günümdür. Özəl günlərimdə hər zaman sizlərdən, ailəmdən, xalqımdan diqqət, qayğı və sevgi görmüşəm. Lakin bu il doğum günümü qeyd etməyəcəm. Səbəbi isə mənfur düşmənlərimiz tərəfindən yaşanan xoşagəlməz hadisələrdir. Şəhidlərimizin, generalımın qırxı çıxmamış, şəhid analarının gözü yaşlı ikən doğum günü qeyd etmək mənə yaraşmaz. Bu səbəbdən təbriklərinizi qəbul etməyəcəm. Göstərdiyiniz anlayış üçün ilk öncədən təşəkkürümü bildirirəm'',- deyə, o qeyd edib.


Etiketlər:  Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ