Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarktdan əvvəlki son sözləri məlum oldu - Onunla birlikdə olub...

İnfarktdan əvvəlki son sözləri məlum oldu - Onunla birlikdə olub...

Tarix: 15 Oktyabr 2025 17:05

Türkiyənin məşhur müğənnisi və televiziya aparıcısı Fatih Ürek infarkt keçirməzdən əvvəl köməkçisinə dediyi son sözlərlə gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, "Otaq çox istidir, pəncərəni aç" deyən sənətçi bir neçə dəqiqə sonra halı pisləşərək "Üşüyürəm, nəfəs ala bilmirəm" sözlərini söyləyib. Bu, infarktın ilk əlaməti olub.

Köməkçisinin sayıqlığı və xəstəxanaya yaxınlıq sayəsində Ürekin həyatı son anda xilas edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə qısa müddətdə çatıb və 59 yaşlı sənətçi dərhal Etilerdəki özəl xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin məlumatına görə, Fatih Ürekin huşu yerində olsa da, vəziyyəti ağırdır. Onun reanimasiyada saxlanıldığı, infarktdan sonrakı ilk 48 saatın isə kritik mərhələ olduğu bildirilib.

Sənətçinin yaxınları onun səhər saatlarında halının qəfil dəyişdiyini, bir neçə dəqiqə ərzində huşunu itirdiyini açıqlayıblar. Xəstəxana ilə ev arasındakı beş dəqiqəlik məsafə onun sağ qalmasında həlledici rol oynayıb.

Fidan


Etiketlər:  İnfarktdan əvvəlki sözləri məlum oldu Onunla birlikdə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ