Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Valensiya” kapitanı ilə vidalaşıb

“Valensiya” kapitanı ilə vidalaşıb

Tarix: 12 Avqust 2020 20:10

"Valensiya" kapitanı Daniel Parexo ilə yollarını ayırıb.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, İspaniya klubu rəsmi saytı vasitəsilə 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşdığını bəyan edib.

Onun yeni komandası da artıq məlumdur. İspaniya millisinin üzvü La Liqanın digər təmsilçisi "Vilyarreal"a transfer olunub. Bu keçid "yarasalar"a 8 milyon avro qazandırıb. Parexo "Vilyarreal"la 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Daniel Parexo 2011-ci ildən bəri formasını geyindiyi "Valensiya"nın heyətində 383 rəsmi oyuna çıxıb.


Etiketlər:  Valensiya kapitanı ilə vidalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ