Tarix: 24 Aprel 2019 01:04
Almaniya kubokunda ilk finalçı müəyyənləşib.Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsində səfərdə "Hamburq"u 3:1 hesabı ilə məğlub edən "Leyptsiq" həlledici qarşılaşmaya vəsiqə qazanıb. 2009-cu ildə yaradılan klub ilk dəfə finalda mübarizə aparacaq.
23 aprel
"Hamburq" - "Leyptsiq" - 1:3
Qollar: Y. Poulsen, 12 (0:1), B. Catta, 24 (1:1), V. Yaniçiç, 53-avtoqol (1:2), E. Forsberq, 72 (1:3)
Qeyd edək ki, kubokda ikinci finalçının adına bu gün keçiriləcək "Verder" - "Bavariya" oyunundan sonra aydınlıq gələcək.