Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO)

Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO)

Tarix: 13 Avqust 2020 10:40

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydaları riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Ümumilikdə qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO) - Gallery Image Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO) - Gallery Image Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO) - Gallery Image Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Karantin rejimi ilə əlaqədar Mingəçevirdə reyd keçirilib FOTO


RƏYLƏR