Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 12:28
Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Hans-Diter Flinkin rəhbərlik etdiyi "Bavariya" "Barselona"ya 8:2 hesabı ilə qalib gələrək ÇL-in yarımfinalına yüksəlib.
Bu mövsüm daha öncə bu uğura Tomas Tuhell (PSJ) və Yulian Naqelsmann da ("Leyptsiq") nail olmuşdu.
Qeyd edək ki, ÇL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi "Lion" mübarizə aparacaq.