Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klopp mövsümün ən yaxşı məşqçisi seçildi

Klopp mövsümün ən yaxşı məşqçisi seçildi

Tarix: 15 Avqust 2020 14:00

İngiltərə Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ən yaxşı məşqçisi məlum olub.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytında azarkeşlər və futbol mütəxəssislərinin iştirakı ilə keçirilən səsvermənin nəticəsində qalib “Liverpul”un çalışdırıcısı Yurgen Klopp olub. O, “Çelsi”nin baş məşqçisi Frenk Lempard, "Lester Siti"nin çalışdırıcısı Brendan Rodjers və "Şeffild Yunayted"in baş məşqçisi Kris Uaylderi geridə qoyub.

Qeyd edək ki, “Liverpul” 2019/20 mövsümündə Y.Kloppun baş məşqçiliyi altında 30 il sonra Premyer Liqanın qalibi adını qazanıb.
 


Etiketlər:  Klopp mövsümün ən yaxşı məşqçisi seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ