Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fuad Nurullayev: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır

Fuad Nurullayev: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır

Tarix: 15 Avqust 2020 14:51

Bakı. Trend:

Xəstəliklər və bəlalar yayılırsa, biz çox ehtiyatlı olmalıyıq. Bu il tədbirlərin, ayinlərin keçirilməsi təxirə salınıb. Bütün dünyanı bürüyən koronavirus qlobal problemə çevrilib. Bütün ölkələr pandemiya ilə mübarizə aparır. Biz - din xadimləri başa düşürük ki, xəstəliyin daha da yayılmaması üçün müvafiq tədbirlər görülür. Məscidlərdə camaat, cümə namazları və bayram namazları müvəqqəti olaraq təxirə salınıb. Avqust ayının 21-də Məhərrəm ayı daxil olur, 30-da isə Aşuradır. Bu mərasimlər həmişə kütləvi şəkildə qeyd edilib, insanlar toplum formasında məscidlərə yığılıblar.

Trend-in məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib ki, hazırda bu mərasimin məscidlərdə keçirilməsi məqsədəuyğun deyil. Bu, virusun yayılması baxımından real təhlükə yaradır. Bu il insanlar ayinləri, ibadətləri öz evlərində keçirə bilərlər və buna heç bir maneə yoxdur. Əsas məsələ odur ki, qəlbimiz Allahımızla olsun. Dua edək ki, Allah bu bəlanı xalqımızdan, dövlətimizdən, dünyamızdan uzaq etsin və inşallah, növbəti mərasimlərimizi məscidlərimizdə keçirək.


Etiketlər:  Fuad Nurullayev Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ