Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 15:58
UEFA Fransa çempionu PSJ-ni cəzalandırıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları Atalanta ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuxelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq elan olunub.
Xatırladaq ki, PSG Atalanta-ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.