Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 07:12
Kaliforniyada yerləşən "Oracle" və "Salesforce" informasiya telekommunikasiya şirkətlərinə qarşı istifadəçilərin şəxsi məlumatlarını qanunsuz istifadə etmək, həmin şəxslərdən xəbərsiz olaraq üçüncü tərəfə ötürmək barədə Amsterdam məhkəməsində iddia qaldırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Privace Collective" adlı qeyri-kommersiya təşkilatı tərəfindən verilən iddiaya görə hər iki şirkət istifadəçilərinin şəxsi məlumatlarını müəyyən şirkətlər tərəfindən göndərilən "cookie" faylları vasitəsilə toplayaraq üçüncü şəxslərə satıblar.
Sonra həmin məlumatlar sahiblərdən xəbərsiz olaraq müxtəlif onlayn reklam hərraclarında istifadə edilirmiş.
İddiaya görə, bu kimi əməllər Avropa İttifaqında qüvvədə olan şəxsi məlumatların müdafiəsinə dair ümumi qanuna ziddir.
İddianın ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır.
Yaxın günlərdə eyni iddianın London Yüksək Məhkəməsinə də təqdim olunması nəzərdə tutulur.