Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 07:52
Sosial mediada çox sayda fotoşəkil görürük. Ancaq bu fotoşəkillərin bəziləri həqiqəti əks etdirmir və üzərində işləndiyi üçün böyük problemlərə səbəb ola bilər. Adobe Photoshop-a əlavə edəcəyi bir xüsusiyyət sayəsində pozulmuş saxta fotoşəkilləri tez bir zamanda aşkar edə biləcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bir müddətdir Content Authenticity Initiative təşəbbüsü üzərində işləyən və internetdə yayılan saxta fotoşəkilləri azaltmağı hədəfləyən Adobe bu çərçivədə əhəmiyyətli bir addım atır. Şirkət öz kriptovalyutası sistemindən istifadə edərək əsl fotonu saxtadan ayırmaq niyyətindədir.
Photoshop istifadəçilər tərəfindən hazırlanan şəkillərə etiketlər qoyacaq. Bu etiketlər fotoların orijinal mənbəyi haqqında məlumat verəcək və istifadəçi istənilən görüntünün orijinal fotoqrafının kim oldugunu, çəkiliş yeri və saatı paylaşılacaq.
Bundan əlavə, şəkillərin həqiqiliyini sübut etmək üçün bu detallar kriptoqrafik olaraq imzalanacaq. Adobe-in təşəbüssünü bəyənən Feysbuk və Tvitter kimi sosial media platformalarının da bunu dəstəkləyəcəyi gözlənilir. Həmçinin kamera istehsalçıları və proqram mütəxəssislərinin əməkdaşlığı ilə saxta fotoların qarşısını almaq olar.