Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Geniatech Developer Board IV V3” kompüteri “Wi-Fi 5” standartını dəstəkləyir

“Geniatech Developer Board IV V3” kompüteri “Wi-Fi 5” standartını dəstəkləyir

Tarix: 18 Avqust 2020 14:15

“Geniatech” şirkəti “Əşyalar interneti”, robot texnikası və s. sahələrdə müxtəlif layihələr həyata keçirən tərtibatçılar üçün nəzərdə tutulan “Developer Board IV V3” birplatalı kompüterini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, kompüter quraşdırılan qurğular üçün “Qualcomm Snapdragon 410E” prosessoru üzərində qurulub. Çip 1,2 QHs takt tezlikli dörd “ARM Cortex-A53” hesablama nüvəsini və “Adreno 306” qrafik sürətləndiricisini birləşdirir. Həmçinin “OpenGL ES 3.0/2.0/1.1”, “OpenCL 1.1e” və “DirectX 9.3” qrafik interfeysləri dəstəklənir.
 
Məlumata görə, platanın ölçüsü 85 × 54 mm təşkil edir. “LPDDR3” operativ yaddaş tutumu 1 və ya 2 giqabayta, “eMMC 5.0” quraşdırılmış yaddaş 8 və ya 16 giqabayta bərabər ola bilər. Əlavə olaraq “microSD” yaddaş kartını quraşdırmaq mümkündür.
 
Kompüter şəbəkəsinə simli qoşulma “Gigabit Ethernet” kontrolleri, simsiz qoşulma isə 2,4/5 giqahers tezlik diapazonlu “Wi-Fi 5” (802.11b/g/n/ac) və “Bluetooth 4.0” adapterləri tərəfindən təmin olunur. Bundan başqa, “GPS” peyk naviqasiya sistemi mövcuddur.
 
Çıxışlar dəstinə təsvirin göstərilməsi üçün “HDMI 1.3” birləşdiricisi, şəbəkə kabeli çıxışı, iki “USB 2.0”, bir “Micro-USB” portu daxildir. Bundan əlavə, geniş interfeyslər dəsti, o cümlədən “UART”, “SPI”, “I2S”, “2x I2C”, “GPIO” dəstəklənir.  
 
Nizam Nuriyev



Etiketlər:  Geniatech Developer Board IV V3 kompüteri Wi Fi 5 standartını dəstəkləyir


RƏYLƏR