Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub

Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub

Tarix: 18 Avqust 2020 17:12

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə icma üzvləri arasında görüş keçirilib.

İcmadan Milli.Az-a verilən məluata görə, İcma rəhbəri, millət vəkili Tural Gəncəliyev səfir E.Özoralı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında görməkdən məmnun olduğunu bildirib.

Qeyd edilib ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının haqq səsinin beynəlxalq aləmdə daha çox eşidilməsinə təkan verib. İcma üzvləri gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişlənməsi üçün təkliflərini səsləndiriblər.

E.Özoral bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Səfir Ermənistanın işğalı zamanı evlərindən didərgin düşmüş soydaşlarmızın tezliklə dinc şəraitdə geri dönəcəklərinə əminliyini bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ