Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 20:57
Rusiya Müdafiə Nazirliyi bu həftənin əvvəlində qeydiyyata alınan "Sputnik V" adlı koronavirus peyvəndinin ilk partiyasının istehsal olunduğunu açıqlayıb.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, nazirlik tərəfindən verilən açıqlamada belə qeyd olunub: "N.F. Qamaleya Milli Elmi Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan peyvəndin ilk partiyası yeni növ koronavirus infeksiyasına qarşı istehsal edildi".
Xatırladaq ki, Rusiyanın Səhiyyə Nazirliyi də verdiyi bəyanatla peyvənd istehsalının bu səhər başladığını ictimaiyyətə açıqlamışdı.
Rusiyanın prezidenti Vladimir Putin avqustun 11-də koronavirusa qarşı hazırlanmış ilk peyvəndin qeydə alındığını açıqlamış, bununla da Rusiya koronavirus peyvəndi istehsal edən ilk ölkə oldu.