Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 14:08
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, aparıcı İnstaqram hesabında həyat yoldaşı Doğuş və əkizləri bilrikdə görüntüləndiyi foto paylaşıb. O, fotoya: "Dünyanın ən gözəl tablosu ailə tablosudur" sözlərini yazıb.
İzləyicilərdən biri "böyük oğlunun da şəklini qoy baxaq" şərhini yazıb. Lakin bu sözə Xoşqədəm sərt reaksiya göstərərək izləyicisini təhqir edib. Belə ki, o, "o, sənin ananın yanındadı, şəkli neynirsən hər gün görürsən" cavabını verib.
Həmin izləyici isə bildirib ki, onun anası rəhmətə gedib.