Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 17:44
"Barselona"nın prezidenti Xosep Bartomeu komandanın kapitanı Lionel Messinin klubdan ayrılacağı haqda yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandadan ayrılmaq niyyətində olmadığını deyib. Bartomeu 34 yaşlı oyunçunun karyerasının sonunadək Kataloniya klubunda qalmaq istədiyini bildirib.
Qeyd edək ki, mətbuatda L.Messinin "Barselona" ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcəyi haqda xəbərlər yayılmışdı. Onun "İnter"ə keçəcəyi deyilirdi.