Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 21:54
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən Monteneqro yığmasının Kipr və Lüksemburqla oyunlar üçün heyəti müəyyənləşib.
Qol.az-ın Monteneqro Futbol Federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi Faruk Hacibeqiç 23 futbolçuya dəvət göndərib:
Qapıçılar: Daniel Petkoviç ("Anje, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton", İngiltərə)
Müdafiəçilər: Stefan Saviç ("Atletiko", İspaniya), Marko Simiç ("Liepaya", Latviya), Jarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Marusiç ("Latsio", İtaliya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momçilo Raspopoviç ("Riyeka", Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", Çexiya), Aleksandr Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandr Bolyeviç ("Standard", Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron", Belçika), Sead Hakşabanoviç ("Norrçyopinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə)
Hücumçular: Fatoş Beçiray ("Visla", Krakov, Polşa) Stefan Yovetiç ("Monako", Fransa), Stefan Muqosa ("İnçxon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq", Norveç).
Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq. Monteneqronun Azərbaycan millisi ilk oyunu oktyabrın 10-da evdə, ikinci görüşü isə noyabrın 14-də Bakıda olacaq.