Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci əl telefon bazarı ilə bağlı artan narazılıqlar

İkinci əl telefon bazarı ilə bağlı artan narazılıqlar

Tarix: 20 Avqust 2020 20:12

Müasir həyat tərzimizi mobil telefonlar olmadan təsəvvür edə bilmərik. Bazarda saysız-hesabsız çeşiddə telefonlar olsa da, xüsusən işlənmiş telefonların satışı yaxud ikinci əl telefonların alınması zamanı insanlar müxtəlif problemlərlə qarşılaşır.

Bu sahədə bəzi qonşu ölkələrin təcrübəsi nə dərəcədə yararlı ola bilər?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan Azərbaycan Respublikasının keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun sözlərinə görə, qonşu ölkələrdə bu bazarın leqallaşması o sahədə ticarətin təkmilləşməsi ilə bağlıdır: "Mən hesab edirəm ki, bu elə bir mürəkkəb proses deyil, bizdə də tətbiq oluna bilər, ixtisaslaşmış mağazalar açıla bilər".

Ekspert hesab edir ki, belə bir bazarın olması bütün hallarda bu sahədə müsbət bir addım olar: "Kimsə telefon satmaq istəyirsə və yaxud işlənmiş telefon almaq istəyirsə biləcək ki, hara müraciət etmək lazımdır. Bununla da bu sahədəki iş sadələşmiş və yüngülləşmiş olacaq".

O, həmçinin bildirdi ki, hazırda Azərbaycanda mağazalar var ki, ikinci əl telefonları qəbul edib satırlar: "Onlar hüquqi şəxs kimi, fiziki şəxs kimi adi qaydada vergi ödəyirlər. Ancaq orada qarışıq formada yeni telefonlar da, işlənmiş telefonlar da satılır.

Amma digər ölkələrdəkı kimi ixtisaslaşmış mağazalar yoxdur. Rusiyanın özündə də belə mağazalar var. Ümumiyyətlə bunun olması gərəklidir, lazımdır. İnsanlara bir xidmət növüdür. Bu halda hər hansı bir telefon alan şəxs telefon onu qane etmədiyi halda müəyyən qaydada, müəyyən şərtlərlə rahatlıqla sata bilə və başqa model ala bilər".

"Belə xidmətin insanlara təklif olunması yaxşı bir haldır. Dünyada bu var, insanların bununla bağlı problemlərinin çözülməsi üçün yaxşı bir yoldur.
İxtisaslaşmış mağazaların olması, bu sahəyə dövlət nəzarətinin güclənməsi nəticəsində müəssisələrin fəaliyyəti daha şəffaf olacaq və təbii ki, daha yaxşı nəzarət mümkün olacaq", - deyə ekspert əlavə edib.


Etiketlər:  İkinci telefon bazarı ilə bağlı artan narazılıqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ