Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 11:15
Bakı. Samir Əli - Trend: Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib: "Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib, ərazidə müvafiq yol nişanları quraşdırılıb.