Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbaxça”dan növbəti transfer

“Fənərbaxça”dan növbəti transfer

Tarix: 22 Avqust 2020 09:46

“Fənərbaxça” heyətinə daha 1 futbolçu cəlb edib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi  “Trabzonspor”dan ayrılan Xose Ernetso Sosanı sıralarına qatıb. Superliqa klubu 35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, başa çatan mövsümdə 29 matça çıxaraq 9 qol vuran və 7 qolun ötürməsini verən argentinalı futbolçu  karyerası ərzində “Bavariya”, “Napoli”, “Atletiko”, “Milan”, “Beşiktaş” kimi komandalarda da oynayıb.
 


Etiketlər:  Fənərbaxçadan növbəti transfer


RƏYLƏR