Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq - İdarə rəisi

Risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq - İdarə rəisi

Tarix: 22 Avqust 2020 14:08

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq ediləcək daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Dövlət Gömrük Komitəsinin Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin Trend-ə verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Dövlət Gömrük Komitəsinin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da “Doing Business” indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir, onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.


Etiketlər:  Risk qiymətləndirməsi avtomatlaşdırılacaq İdarə rəisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ