Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 22:39
Bakı. Trend:
Məlum olduğu kimi, Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılsın.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında yeni yaradılacaq sistemin əhəmiyyəti, vətəndaşlara xidmət baxımından üstünlükləri mütəxəssislərin iştirakı ilə müzakirə olunub. “Hədəf”in qonaqları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yeni sistemin faydalılığı, vətəndaşlara xidmət baxımından rahatlılığı haqqında detallı şərhlər veriblər. Qeyd olunub ki, “ASAN müraciət” informasiya sistemi şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini həyata keçirəcək. Bununla yanaşı, sözügedən sistem kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun təkmilləşdirilməsi prosesində iştirak edəcək.
Verilişin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=9C28waEUEmo
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az