Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 23:02
"Sumqayıt"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, komanda 3-cü turda səfərdə "Makedoniya Görçe Petrov"la qarşılaşıb. Matç "Şkendiya"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 86-cı dəqiqədə penaltidən Besart İbrahimi vurub.
Bu nəticədən sonra xalını 7-yə çatdıran "Şkendiya" "Neftçi"nin rəqibi "Şkupi" ilə birgə 1-2-ci pillələri bölüşdürür.
Qeyd edək ki, "Sumqayıt" - "Şkendiya" matçı avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək.