Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boston Consulting Group araşdırdı: Lüks brend bazarını nə gözləyir?

Boston Consulting Group araşdırdı: Lüks brend bazarını nə gözləyir?

Tarix: 23 Avqust 2020 23:12

Lüks brendlərin bu il dünya üzrə satışlarında 35-45% üzrə enmə gözlənilir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, belə bir proqnozu beynəlxalq şirkət olan Boston Consuting Group (BCG) verib.

Ekspertlər deyir ki, sənayenin özünü bərpası mərhələli şəkildə olacaq.

Ən pessimist ssenariyə görə, 2021-ci ildə lüks brendlərin satışlarının bir öncəki illə müqayisədə 20% aşağı olacağı proqnozlaşdırılır.

"2022-ci ildən sonra istehsalda enmə aşağı düşəcək, 2023-cü il və sonrakı mərhələdə isə lüks kateqoriya üzrə satışlar krizisdən əvvəki səviyyədə çatacaq", - bu haqda BCG ekspertləri gözləyirlər.

"Hətta ən optimist ssenariyə görə isə 2020-ci ildə lüks brendlərin satışlarının 35-45% enəcəyi gözlənilir", - bu haqda araşdırmada bildirilir.

Ötən il isə proqnoz edirdilər ki, dünya lüks brendlərinin satışları 2025-ci ilə qədər 1,3 trilyon avroya çatacaq.

BCG-in icraçı direktoru və partnyoru İvan Kotov isə deyir ki, o vaxtdan bəri isə mənzərə çox dəyişib.

Kompaniyadan deyiblər ki, "istehlakçılar isə düşünür ki, gündəlik geyim və kosmetika bazarı yaxın 2 ildə özünü bərpası mümkün ola bilər. Digər sektorlar üçün isə bu proses zaman alacaq".

Buna görə də, lüks brendlərin alıcılarının 50-60% deyib ki, onlar lüks məhsullarının alışını yaxın 6 ayda ya azaldacaqlar, ya da dayandıracaqlar.

Krizinsdən ən çox zərər görənlər isə millennial (1981-1996-cı illər arasında doğulanlar), Z nəsli (1995-2010-cu illər arasında doğulanlar) zərər görüb. Bu nəsilləri təmsil edən sorğu iştirakçılarının yarısından çoxu deyib ki, onlar gəlirlərində enmə yaşayıblar, deyə BCG bildirib.

Eyni zamanda, bu nəsilləri təmsil edən potensial alıcılar gələcəklə bağlı yüksək optimizm nümayiş etdiriblər. Məsələn, onların 50% deyir ki, yenilənmə daha cəld olacaq. Daha yaşlı nəsildən belə düşünənlər isə cəmi 20%-dir.

Ötən il proqnoz edirdilər ki, 2025-ci ilə qədər dünya lüks brendlərinin alıcılarının yarısını milleniallar təşkil edəcək.

Bu il isə BCG-dən proqnoz edirlər ki, beş ildən sonra bu qrupdakı insanlar lüks brend bazarında potensial alıcının 55%-ni təşkil edəcək. Onlar digər qrupda olan insanlara təsir edəcək, bazarın tendensiyalarını özləri müəyyən edəcəklər.

Milli.Az


Etiketlər:  Boston Consulting Group araşdırdı Lüks brend bazarını gözləyir


RƏYLƏR