Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 19:36
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Monteneqro iki hava limanının idarə olunması və investisiyaların cəlb olunması üçün beynəlxalq tender elan edəcək.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, tenderdə iştirak etmək üçün təklif Azərbaycan şirkətlərinə də göndərilib:
“Biz qərara almışıq ki, hər iki ölkədə investisiya layihələri ilə bağlı məlumatları paylaşaq. Bu, Azərbaycan və Monteneqro şirkətlərinə bu layihələrdə iştirak etməyə imkan yaradacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin