Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piyada keçidlərində sarı işıq lampaları quraşdırılır - FOTO

Piyada keçidlərində sarı işıq lampaları quraşdırılır - FOTO

Tarix: 25 Avqust 2020 10:24

Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir.

Qurumdan Sonxeber.net-a verilən məlumatda bildirilir ki, agentlik tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.

Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.

İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.


Etiketlər:  Piyada kecidlərində sarı isıq lampaları quraşdırılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ