Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 10:52
Almaniyanın ikinci Bundesliqasında çıxış edən "Bohum"un futbolçusu Barış Ekincier Azərbaycanın U-21 millisinə dəvət alıb.
Qol.az "Reviersport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə matç üçün U-21 yığmamıza çağırılıb.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 7-da Sumqayıtdakı "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.