Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 17:54
Bakı. Trend:
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv-dövləti kimi COVID-19 infeksiyasının aradan qaldırılmasında və vətəndaşların sağlamlığının qorunmasında təşkilatın tövsiyə və üsullarına tərəfdardır.
Trend-in məlumatına görə, bunu Xarici işlər naziri Ceyhun Bayramova Rusiyaya səfəri ərəfəsində TASS agentliyinə açıqlamasında deyib.
O bildirib: “Vaksinin satın alınmasında maraqlı olduğumuz üçün, biz “Sputnik V” vaksinin tanınması üçün zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq üzrə təkliflərini nəzərdən keçirə bilərik. Şübhəsiz ki, effektiv və ÜST tərəfindən tanınan koronavirus vaksininin yaradılması pandemiya ilə mübarizədə güclü vasitə olacaq”.