Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 07:20
Bakı. Trend:
İsrail Müdafiə Ordusu Qəzza zolağından partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter səhifəsində bildirib.
Məlumatda deyilir: "Son bir neçə həftə ərzində Qəzzadakı terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı şarlar atıblar. Buna cavab olaraq uçuş aparatlarımız Qəzza zolağında Həmasın yeraltı infrastrukturuna zərbə endirib".