Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlandı

Bakıda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlandı

Tarix: 26 Avqust 2020 20:52

2020-ci ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 17,2 milyard manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,6 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2020-ci il vəziyyətinə 297,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


Etiketlər:  Bakıda istehsal olunmuş malların göstərilmiş xidmətlərin həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ