Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Badmintonçumuz 1/8 finalda - ''Minsk-2019''

Badmintonçumuz 1/8 finalda - ''Minsk-2019''

Tarix: 26 Iyun 2019 11:44

Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

Qol.az-ın məlumatına görə, Ezmi ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq buna nail olub.

Xatırladaq ki,Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Ezminin bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq.Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.

 


Etiketlər:  Badmintonçumuz finalda Minsk 2019


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ