Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' Messini ala bilərmi? - Açıqlama

''Bavariya'' Messini ala bilərmi? - Açıqlama

Tarix: 27 Avqust 2020 14:08

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Hayns Rummeniqqe "Barselona"dan ayrılacağı gözlənilən Lionel Messinin transfer etmək ehtimalları haqda danışıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, təzminat qiyməti 700 milyon avro olan argentinalı hücumçunu almağa çalışmayacaqlarını deyib. Klub rəsmisi bunu Münhen təmsilçisinin siyasəti və fəlsəfəsi ilə əlaqələndirib: "Bir oyunçuya bu qədər pul verə bilmərik. Bu, siyasətimizə və fəlsəfəmizə uyğun deyil. Messinin "Barselona"nı tərk edə biləcəyini eşidəndə kədərləndim. O, klubun tarixini yazıb və düşünürəm ki, karyerasını orada bitirməlidir".

Qeyd edək ki, Messi ilə "Mançester Siti", "Mançester Yunayted" və PSJ-nin maraqlandığı iddia olunur.

 


Etiketlər:  Bavariya Messini bilərmi Açıqlama


RƏYLƏR