Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbi təlim təyyarəsi Aero L-39 Albatros - XÜSUSİYYƏTLƏRİ

Hərbi təlim təyyarəsi Aero L-39 Albatros - XÜSUSİYYƏTLƏRİ

Tarix: 27 Avqust 2020 20:20

Təyyarə istehsalı hər zaman dünya arenasında aparıcı dövlətlərin üstünlüklərindən biri hesab olunur. Xüsüsilə də hərbi təyyarələrin istehsalı istehsalçı tərəfin əlində "kozr" olub.

Bu dövlətlər sırasında aviasiya tarixində layiqli yer tutan, hava maşınlarını inkişaf etdirən bir neçə kiçik ölkə də yer alır. Məsələn, ötən əsrin sonlarında reaktiv hərbi təlim təyyarəsi "Aero L-39 Albatros"u istehsal edən Çexoslovakiya (sonradan müstəqil Çexiya və Slovakiya dövlətlərinə bölünmüşdür).

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən hərbi təyyarə "Aero Vodochody" şirkəti tərəfindən hazırlanıb və Amerikan T-33, Sovet MiG-15UTI və L-29 Delfindən sonra istehsal olunan nəqliyyat vasitələrinin sayına görə dünyada dördüncü fəxri yeri tutan ən məşhur reaktiv "təlimçilərdən" birinə çevrilib. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. L-39-un ilk uçuş tarixi 4 noyabr 1968-ci il, istismara verilmə tarixi isə 28 mart 1972-ci ildir.

İki nəfər ekipaj üzvü olan təyyarənin uzunluğu 12,13 m, qanad uzunluğu 9,12 m, hündürlüyü 4,77 m, qanadının sahəsi 18,8 m², boş çəki 3,395 kq, maksimal qalxma çəkisi 4.700 kq, güc təminatçısı 2 konturlu Aİ-25TL turbo-reaktiv mühərrik, maksimal sürəti 985 km/s (Mach 0.80), uçuş məsafəsi 1,150 km (daxili yanacaqla), 1,750 km (daxili və xarici yanacaqla), yüksəkliyə qalxma sürəti 180-190 m/s-dir. Ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba daşıya bilər.

Qeyd edək ki, Aero L-39 Albatros 30-dan çox ölkənin, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında yer alan hərbi təlim təyyarələri sırasındadır.

Milli.Az


Etiketlər:  Hərbi təlim təyyarəsi Aero L 39 Albatros XÜSUSİYYƏTLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ