Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

Tarix: 29 Avqust 2020 11:12

Bakı. Trend:

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.

Vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.


Etiketlər:  95 mindən çox şəxsə e qaydada pensiya müavinət təqaüd təyin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ