Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 21:52
Amerika hökuməti süni intellekt və kuant texnologiyası üzrə araşdırmalar aparmaq üçün yaradılan 12 instituta ümumilikdə milyard dollar yatırım edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ağ evin məlumatına görə, bu yatırım yaxın 5 il ərzində reallaşacaq. Bununla yanaşı, institutların süni intellekt və kuant texnologiyası barədə araşdırmalarına IBM və Microsoft şirkətləri də dəstək olacaq.
Həmçinin bildirilib ki, müdafiə sənayesi istisna olmaqla, Amerikanın digər sahələri üzrə ümumi büdcənin 30%-i bu araşdırmalara sərf ediləcək.