Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 23:51
Bakı. Trend:
Cəlilabadda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 8 ton ot bağlamasının 3 tonu, bitişik ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin