Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 00:48
Bakı. Trend:
Yəmənin Şabva əyalətində naməlum yaraqlılar qaz kəmərini partladıblar.
Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə yerli hakimiyyətdəki mənbə deyib.
Mənbə bildirib ki, 320 kilometr uzunluğunda olan qaz kəməri Şabva əyalətinin cənub-şərqində yerləşən Əyn Bamabaad rayonu yaxınlığında partladılıb.
Onun sözlərinə görə, partlayışdan sonra güclü yanğın başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin