Tarix: 30 Avqust 2020 10:32
“Yuventus” Andrea Pirlonun baş məşqçiliyi altında ilk transferini həyata keçirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi “Şalke”nin yarımmüdafiəçisi Ueston MakKennini icarəyə götürüb.
“Qoca Sinyora” bu keçidə üçün Almaniya klubuna 4 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə görə, “Yuventus” “Şalke”yə 18 milyon 500 min avro ödəyərsə, ABŞ millisinin 22 yaşlı futbolçusunu birdəfəlik transfer edə biləcək. Oyunçunun sözləşməsində əlavə 7 milyon avroluq bonus qazana biləcəyi haqda bənd də var.
Qeyd edək ki, 2016-cı ildən “Şalke”nin formasını geyinən U.MakKenni bu komandada 74 matç keçirib.