Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2020 15:12
"Yuventus" Andrea Pirlonun baş məşqçiliyi altında ilk transferini həyata keçirib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Ueston Makkennini icarəyə götürüb.
"Qoca Sinyora" bu keçidə üçün Almaniya klubuna 4 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə görə, "Yuventus" "Şalke"yə 18 milyon 500 min avro ödəyərsə, ABŞ millisinin 22 yaşlı futbolçusunu birdəfəlik transfer edə biləcək. Oyunçunun sözləşməsində əlavə 7 milyon avroluq bonus qazana biləcəyi haqda bənd də var.
Qeyd edək ki, 2016-cı ildən "Şalke"nin formasını geyinən Makkenni bu komandada 74 matç keçirib.