Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 07:00
Dərman pişikotu - valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.
Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.
Sonxeber.net medicina.az-a istinadən kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.
- Çox yaşlı adamlara olmaz - çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər
- Yüksək təztiq xəstələri - müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir
- Qaraciyər xəstəliyi olanlar, böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz
- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır
- Allergiyası olanlara
- Hamilə qadınlara
Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.
Yaşlı və xəstə insanları hətta komaya sala bilər.